Azərbaycan futbol tarixində 3-cü – “Muğan”dan ilk, “Qarabağ”dan davam
18.12.2021 - 00:00
Azərbaycan futbol tarixində 3-cü – “Muğan”dan ilk, “Qarabağ”dan davam

“Qarabağ”ın futbolçusu Patrik Andrade gələn il keçiriləcək Afrika Millətlər Liqasında iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, Kabo-Verde yığmasının yarımmüdafiəçisi böyük turnirlərdə Azərbaycanı təmsil edəcək 3-cü futbolçu olacaq.

İlk belə hadisə 2010-cu ildə yaşanıb. “Muğan”ın futbolçusu Narsis Yameoqo Burkina-Faso yığması ilə Afrika Millətlər kubokuna, yəni qitə çempionatına yollanıb.

Bu tarixi hadisə yalnız 6 ildən sonra təkrarlanıb. “Qarabağ”ın futbolçusu Ansi Aqolli AVRO-2016-da Albaniya yığmasının şərəfini qoruyub.

Böyük turnirin final mərhələsindəki üçüncü təmsilçilik də “Qarabağ”la bağlıdır. Ağdamlılar 2-ci belə təmsilçi ilə “Muğan”ı arxada qoyacaq. Afrika çempionatında ikinci dəfə təmsil olunmaqla Avropadakı göstərici arxada qalacaq.