Konfrans Liqasının ilk iki təsnifat mərhələsində mübarizə aparacaq 121 komandadan 66-sı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, ilk raundun 62 iştirakçısından 41-i məlumdur.
Yarışa birbaşa II təsnifat mərhələsindən başlayacaq 59 komandadan 25-i müəyyənləşib. Onlardan biri Azərbaycan təmsilçisi “Neftçi”dir. Ölkəmizin digər iki komandası da yarışa bu raunddan start verəcək.
Ermənistan təmsilçisi nəzərə alınmasa, digər klublar Azərbaycan komandalarının mümkün rəqibləridir. Bu da o deməkdir Ki, artıq 64 potensial rəqib bəllidir.
Konfrans Liqası
I təsnifat mərhələsi
“Flora” (Estoniya)
“Şkendiya” (Şimali Makedoniya)
“Riqa” (Latviya)
“Olimpiya” (Sloveniya)
“Kuopio” (Finlandiya)
“Buduçnost” (Monteneqro)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Laçi” (Albaniya)
“Mura” (Monteneqro)
“Drita” (Kosovo)
B36 (Farer adaları)
“Liepaya” (Latviya)
“Petrokub” (Moldova)
“Europa” (Cəbəllütariq)
HB (Farer adaları)
“Breydablik” (İslandiya)
“Milsami” (Moldova)
“Jalgiris” (Kaunas, Litva)
“Sent Cozefs” (Cəbəllütariq)
“Bala Taun” (Uels)
“Rujomberok” (Slovakiya)
“Kruzaders” (Şimali İrlandiya)
“Saburtalo” (Gürcüstan)
“İnter” (Finlandiya)
“Reykyavik” (İslandiya)
“Sfantul” (Moldova)
“Vikinqur” (Farer adaları)
“Floriana” (Malta)
“Derri” (İrlandiya)
“Panevejis” (Litva)
“Valmiera” (Latviya)
“Kliftonvill” (Şimali İrlandiya)
“Tuzla” (Bosniya və Herseqovina)
SJK (Finlandiya)
“Qjilani” (Kosovo)
“Sliqo” (İrlandiya)
“Dila” (Gürcüstan)
“Pandev akademiyası” (Ş.Makedoniya)
“Hamrun” (Malta)
“Nyutaun” (Uels)
“Maqpis” (Cəbəllütariq)
II təsnifat mərhələsi
“Slaviya” (Çexiya)
PAOK (Yunanıstan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Astana” (Qazaxıstan)
“Molde” (Norveç)
BATE (Belarus)
“Fehervar” (Macarıstan)
MOİK (Bolqarıstan)
“Kayrat” (Qazaxıstan)
“Osiyek” (Xorvatiya)
“Neftçi” (Azərbaycan)
“Çukariçki” (Serbiya)
“Vaduts” (Lixtenşteyn)
“Vorskla” (Ukrayna)
“Vikinq” (Norveç)
“Lillestryom” (Norveç)
AİK (İsveç)
“Dyerqarden” (İsveç)
“Puşkaş Akademiyası” (Macarıstan)
“Kişvarda” (Macarıstan)
“Kızıljar” (Qazaxıstan)
“Suduva” (Litva)
“Spartak” (Slovakiya)
“Noravank” (Ermənistan)
“Sent Patriks” (İrlandiya)