Azərbaycan kubokunda 150-ci oyun
13.02.2022 - 14:19
Azərbaycan kubokunda 150-ci oyun

“Qarabağ” Azərbaycan kubokunda 150-ci oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi yubiley matçına 1/4 finalın cavab mərhələsində çıxıb.

“Keşlə”nin qonağı olan yubilyar 6:0 hesablı qələbə qazanıb. 1993-cü ildən kubokda çıxış edən “Qarabağ” kubokda 150 və ya daha çox oyun keçirən ikinci komanda olub. 

Ağdamlılar bu görüşlərdə 95 qələbə qazanıb, 29 heç-heçə edib və 26 dəfə uduzub. Evdə 73, səfərdə 68 matça çıxan komanda 9 dəfə neytral meydanda oynayıb.