Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk cütlüyü müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin “Qəbələ” ilə “Sumqayıt” arasında keçirilən cavab görüşündən sonra “Qarabağ”ın rəqibi bəlli olub.
İlk oyunda Sumqayıtda 1:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” üstünlüyünü doğma arenasında da qorumağı bacarıb. Bu dəfə 1:1 hesablı heç-heçə edən Elmar Baxşıyevin yetirmələri mübarizəni davam etdirərək, yarımfinalda “Qarabağ”la qarşılaşmaq hüququna yiyələnib.
Bu komandalar arasında ilk oyun aprelin 20-də Qəbələdə, cavab görüşü isə 29-da Bakıda keçiriləcək.