Azərbaycan millisinin daha bir futbolçusu zədələndi
04.05.2022 - 18:55
Premyer Liqanın XXV turunda keçirilən “Zirə” – “Qəbələ” oyununda Azərbaycan millisinin daha bir futbolçusu sıradan çıxıb.
Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin müdafiəçisi Urfan Abbasovun ardından “Zirə”nin qapıçısı Mehdi Cənnətov da zədələnib.
Zirədəki qarşılaşmanın ilk yarısında zədə alan 30 yaşlı qolkiper fasiləyə qədər çərçivədə dursa da, ikinci hissədə meydana çıxmayıb. Məcburi əvəzləməyə əl atmalı olan baş məşqçi Rəşad Sadıqov fasilədən sonra Anar Nəzirovu mübarizəyə qoşub.
Qeyd edək ki, hazırda “Qəbələ” 2:0 hesabı ilə öndədir.
0
0