Azərbaycan yığması Bolqarıstanla yoldaşlıq görüşü keçirə bilər
18.11.2021 - 14:39
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti Rauf Əliyev Bolqarıstanda rəsmi səfərdə olub.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, assosiasiya rəsmisi Bolqarıstan Futbol İttifaqının vitse-prezidenti Mixail Kasabovla görüşüb.
Görüşdə qurumlar arasında birgə qarşılıqlı fəaliyyət, o cümlədən iki ölkənin müxtəlif yaş qrupları üzrə yığma komandaları arasında yoldaşlıq oyunları müzakirə olunub.
Həmçinin Bolqarıstan və Azərbaycanda futbolun, eləcə də uşaq futbolunun inkişafı ilə bağlı təcrübə mübadiləsi aparılıb.
0
0