FİFA-ya üzv olan ölkələrin ən sevimli futbolçuları təqdim olunur.
Apasport.az saytının məlumatına görə, “COPA90” tvitter səhifəsi vasitəsilə əlifba sırası ilə hər ölkədən bir oyunçunu seçir.
Hələlik cəmi 13 ölkənin ən sevimlisi təqdim edilib ki, sonuncusu Azərbaycana aiddir. “COPA90” hesab edir ki, ölkəmizdə azarkeşlər arasında ən çox sevilən futbolçu Rəşad Sadıqov olub.
Hazırda “Zirə”ni çalışdıran 39 yaşlı mütəxəssisin millimizin heyətində 111 oyun keçirərək rekordçu olması xüsusi vurğulanıb. Hətta onun bir dönəm basketbolda da qüvvəsini sınaması yazılıb: “Terminator”un bir dəfə “Neftçi”də qeydiyyatdan keçməsinə vaxt çatmamışdı. Bu üzdən həmin vaxt altı ay yerli basketbol komandasında oynadı”.
Qeyd edək ki, Rəşad Sadıqov uzun illər “Qarabağ”ın formasını geyindikdən sonra ötən ilin yayında karyerasını başa vurub.