B seriyasından təklif – millinin sabiq futbolçusuna
12.02.2022 - 10:21
İngiltərə millisinin və “Arsenal”ın sabiq futbolçusu Cek Uilşir karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi B seriyasından təklif alıb.
“Komo” 30 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Son komandası “Bornmut” olan Cek ötən yaydan klubsuzdur. O, bu komandada 14 oyunda 1 qol vurub.
Qeyd edək ki, Uilşir bir müddət “Arsenal”ın düşərgəsində məşq keçib.
0
0