Baqa üçün 500 manatlıq futbolçu - Premyer Liqada antirekord
07.01.2022 - 17:34
"Sumqayıt"ın yeni transferi Vüqar Bəybalayevin maaşı bəlli olub.
Apasport.az saytının “sportinfo.az”a istinadən məlumatına görə, belaruslu Aleksey Baqanın baş məşqçi postuna təyinatından sonra iddialı kluba çevriləcəyi gözlənilən “Gənclik şəhəri” təmsilçisi Premyer Liqada antirekord vurub.
28 yaşlı yarımmüdafiəçi çempionatın ən az maaş alan futbolçusu olub. Yarım ildir klubsuz qalan və oyun praktikası olmayan futbolçu ayda 500 manat alacaq.
Qeyd edək ki, 2017/18 mövsümündə də "Sumqayıt"da çıxış etmiş Vüqar 2,5 illik müqavilə imzalayıb.
0
0