Baş məşqçisinin ayrılığını açıqladı – Premyer Liqa
21.05.2021 - 17:05
“Vulverhempton” mövsümün sonunda baş məşqçisini dəyişəcək.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Premyer Liqa klubu rəsmi saytı vasitəsilə yayıb.
Bildirilib ki, hazırkı çalışdırıcı Nuno Eşpirito Santo mövsümün son qarşılaşmasının ardından vəzifəsindən ayrılacaq. Mayın 23-də “Mançester Yunayted”lə ev matçı portuqaliyalı mütəxəssisin “Vulverhempton” son görüşü olacaq.
Qeyd edək ki, “Vulverhemtpon” sona bir tur qalmış 45 xalla 12-ci pillədə qərarlaşır.
0
0