“Everton”un baş məşqçi postuna namizədlərin adları məlum olub.
Apasport.az saytının məlumatına görə, Liverpul klubu konkret olaraq 5 mütəxəssis arasında seçim edir.
Bunlar “mersisaydlılar”ın keçmiş futbolçusu və hazırda “Derbi Kaunti”yə rəhbərlik edən Ueyn Runi, “Çelsi”nin əfsanəsi Frenk Lempard, “Brayton”un baş məşqçisi Qrem Potter, Belçika millisinin çalışdırıcısı Roberto Martines və “Roma”nın sabiq baş məşqçisi Rudi Qarsiyadır.
“Everton” ötən ilin iyulundan komandanı çalışdıran Rafael Benitesi bu gün istefaya göndərdiyini açıqlayıb. Rəhbərlik ilk olaraq “Roma”nın sükanı arxasında olan Joze Mourinyoya təklif göndərsə də, portuqaliyalı rədd cavabı verib.
Qeyd edək ki, 19 oyunda 19 xal toplayan “Everton” 16-cı pillədə yer alır.