Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab oyununda “Mançester Siti” üzərində 3:1 hesablı qələbə qazanan “Real” finala yüksəlib.
Apasport.az saytının məlumatına görə, qarşılaşmada son nöqtəni qoyan “kral klubu”nun hücumçusu Kərim Benzema rekorda bir addım da yaxınlaşıb.
Cari mövsüm pley-off mərhələlərində qollarının sayını 10-a çatdıran fransalı ulduz futbolçu sabiq komanda yoldaşı Kriştiano Ronaldonun göstəricisini təkrarlayıb. Portuqaliyalı 2016/17 mövsümündə məhz “Real”ın heyətində bu uğura nail olub.
İndi Benzemanı tarixi rekorddan 2 top ayırır. O, final matçında daha iki dəfə fərqlənsə, “Real”ın digər əfsanəsi Ferens Puşkaşın rekordunu təkrarlayacaq. Maraqlıdır ki, siyahıda ilk “4-lük”dəki oyunçuların hamısı “Real”da bu uğura imza atıb. Alfredo Di Stefano da bir mövsümdə 1/8-dən finala qədər 10 dəfə rəqibləri məyus edib.
|
Yer |
Futbolçu |
Ölkəsi |
Klubu |
Mövsüm |
Qol |
1/8 |
1/4 |
1/2 |
Final |
|
1 |
Ferens Puşkaş |
İspaniya |
Real |
1959-60 |
12 |
4 |
1 |
3 |
4 |
|
2 |
Alfredo di Stefano |
İspaniya |
Real |
1957-58 |
10 |
2 |
4 |
3 |
1 |
|
|
Kriştiano Ronaldo |
Portuqaliya |
Real |
2016-17 |
10 |
|
5 |
3 |
2 |
|
|
Kərim Benzema |
Fransa |
Real |
2021-22 |
10 |
3 |
4 |
3 |
? |
|
5 |
Miloş Milutinoviç |
Yuqoslaviya |
Partizan |
1955-56 |
8 |
6 |
2 |
|
|
|
|
Alfredo di Stefano |
İspaniya |
Real |
1959-60 |
8 |
2 |
1 |
2 |
3 |
|
|
Xose Aquas |
Portuqaliya |
Benfika |
1960-61 |
8 |
2 |
3 |
2 |
1 |
|
|
Herd Müller |
Almaniya |
Bavariya |
1972-73 |
8 |
7 |
1 |
|
|
|
|
Lionel Messi |
Argentina |
Barselona |
2011-12 |
8 |
6 |
2 |
|
|
|
|
Kriştiano Ronaldo |
Portuqaliya |
Real |
2013-14 |
8 |
4 |
1 |
2 |
1 |