Benzema və Korrea son turdan kənar qaldı
06.12.2021 - 15:54
Benzema və Korrea son turdan kənar qaldı

Çempionlar Liqasının qrup mərhələsinin VI turunun “Real” – “İnter” matçı hər iki komanda itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, rəqiblər aparıcı hücumçularının xidmətindən məhrum olublar.

“Real” Kərim Benzemanı itirib. La Liqanın XVI turunun “Real-Sosyedad”la görüşünün (2:0) birinci hissəsində zədə səbəbindən əvəzlənən fransalının müayinəsi onun ən azı bir həftə meydanlardan kənar qalacağını üzə çıxarıb. “İnter”ə qarşı oynamayacağı dəqiqləşən 33 yaşlı forvard La Liqanın “Atletiko” ilə matçını da buraxa bilər.

“İnter”in isə Xoakin Korreanın xidmətindən yararlanmaq imkanı olmayacaq. 27 yaşlı argentinalı A seriyasının XVI turunun “Roma” ilə matçında (3:0) xəsarət alıb. 59-cu dəqiqədə əvəzlənən forvard ən azı bir matçı buraxmalı olacaq.

Qeyd edək ki, Madriddəki qarşılaşma dekabrın 7-də baş tutacaq.