Benzemadan xəbərdarlıq: “O gəlsə, mən gedəcəm”
17.01.2022 - 10:09
Benzemadan xəbərdarlıq: “O gəlsə, mən gedəcəm”

“Real”ın hücumçusu Kərim Benzema Erlinq Halandın transferinə qarşı çıxıb.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu Dortmund “Borussiya”sının gənc ulduzunun transfer olunmasını istəmir.

Kərim bununla bağlı klub rəhbərliyini də məlumatlandırıb. O, komandada qalmaq istədiyini bildirsə də, Halandla müqavilə imzalanacağı halda klubdan gedəcəyi barədə xəbərdarlıq edib.

Benzema həmyerlisi Kilian Mbappenin alınmasının tərəfdarıdır. O, yığmadakı komanda yoldaşı ilə klubda da birgə oynamaq istəyir.