Beş qol buraxan komanda baş məşqçisini göndərdi
06.12.2021 - 10:47
Fransa Liqa1-də növbəti istefa gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, “Sent-Etyenn” baş məşqçisi Klod Pyuellə yollarını ayırıb.
Buna komandanın uğursuz nəticələri səbəb olub. “Renn”ə 0:5 hesablı məğlubiyyətlə komandanın xalsız oyunlar seriyası 3-ə çatıb. 17 matçda 12 xal toplayan “Sent-Etyenn” turnir cədvəlində sonuncudur.
Qeyd edək ki, Pyuel 2019-cu ilin oktyabrından komandaya rəhbərlik edirdi.
0
0