Beyl Premyer Liqaya qayıdır
06.01.2022 - 13:07
Beyl Premyer Liqaya qayıdır

Uels millisinin və “Real”ın futbolçusu Qaret Beyl karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, onun xidmətində “Sauthempton” maraqlıdır.

Beylin özü də yetirməsi olduğu kluba qayıtmağa razıdır. Karyerasının əvvəlini bu komandada keçirən uelsli Premyer Liqaya mövsümün sonunda qayıdacağı gözlənilir. “Sauthempton” futbolçunu azad agent kimi əldə etməyi planlaşdırır.

Qeyd edək ki, “Real” Beyllə yayda başa çatacaq müqaviləni uzatmayacaq.