Bir mövsümdə ən çox qol vuran türkiyəlilər – Liqa1-də
05.05.2021 - 00:05
Bir mövsümdə ən çox qol vuran türkiyəlilər – Liqa1-də

Fransa Liqa1-də finişə 3 tur qalmış son illərin dəyişilməz çempionu PSJ turnir cədvəlində 2-ci pillədə qərarlaşır.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisini 1 xal qabaqlayan “Lill” çempionluğa çox yaxındır.

Komandanın cari mövsümdəki uğurlu çıxışının əsas memarları türkiyəli futbolçuları Zəki Çelik, Yusuf Yazıcı və Burak Yılmazdır. Xüsusən də, sonuncu vurduğu qollarla kritik qələbələr qazandırıb. Cari mövsüm aktivinə artıq 13 qol yazdıran Burak Fransa çempionatları tarixində bir mövsümdə ən çox qol vuran türkiyəli futbolçu rekorduna yiyələnmək şansını davam etdirir.

Bu baxımdan rekord hazırda “Fatih Karagümrük”ün heyətində çıxış edən Mevlüt Ərdinçə məxsusdur. Fransada “Soşo”, PSJ, “Renn”, “Sent-Etyenn”, “Genqam” və “Metz”in formasını geyinən 34 yaşlı forvard 2009-10 mövsümünü 15 qolla tamamlayıb. Mevlüt həmçinin daha 4 mövsümdə 10-dan çox qol vurmağa müvəffəq olub.

Fransa Liqa1 tarixində indiyə qədər 19 türkiyəli futbolçu çıxış edib. Onlar arasında bir mövsümdə ən çox qol vuranları təqdim edirik:

1. Mevlüt Ərdinç - 15 qol (2009-10 mövsümü)
2. Engin Verel - 13 qol (1981-82)
3. Burak Yılmaz - 13 qol (2020-21)
4. Mevlüt Erdinç - 11 qol (2008-09)
5. Mevlüt Erdinç - 11 qol (2007-08)
6. Mevlüt Erdinç - 11 qol (2013-14)
7. Mevlüt Erdinç - 10 qol (2012-13)
 

0