Bir təqvim ilinin bombardiri – son 10 ildə
09.01.2022 - 17:43
Bir təqvim ilinin bombardiri – son 10 ildə

Son 10 il ərzində bir təqvim ilində ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, axırıncı üç ildə “Bavariya”nın hücumçusu Robert Levandovski bu baxımdan digərləri üçün əlçatmaz olub.

Bir il ərzində ən çox qol vurma rekordu isə Lionel Messiyə məxsusdur. Hazırda PSJ-də çıxış edən argentinalı “Barselona”da olarkən 2012-ci ildə keçirdiyi 69 oyunda ümumilikdə 91 dəfə fərqlənib.

Levandovski, Messi və Kriştiano Ronaldo son 10 ildə hərəsi üç dəfə ilin bombardiri adını qazanıb. 2017-ci ildə isə “Tottenhem”in ingiltərəli hücumçusu Harri Keyn məhsuldarlıqda bir nömrə olub.

2012-ci il - Lionel Messi
Klubu: “Barselona”
Millisi: Argentina
Keçirdiyi oyun sayı: 69
Vurduğu qol sayı: 91

2013 - Kriştiano Ronaldo
Klubu: “Real”
Millisi: Portuqaliya
Keçirdiyi oyun sayı: 59
Vurduğu qol sayı: 69

2014 - Kriştiano Ronaldo
Klubu: “Real”
Millisi: Portuqaliya
Keçirdiyi oyun sayı: 60
Vurduğu qol sayı: 61

2015 - Kriştiano Ronaldo
Klubu: “Real”
Millisi: Portuqaliya
Keçirdiyi oyun sayı: 57
Vurduğu qol sayı: 57

2016 - Lionel Messi
Klubu: “Barselona”
Millisi: Argentina
Keçirdiyi oyun sayı: 62
Vurduğu qol sayı: 59

2017 - Harri Keyn
Klubu: “Tottenhem”
Millisi: İngiltərə
Keçirdiyi oyun sayı: 52
Vurduğu qol sayı: 56

2018 - Lionel Messi
Klubu: “Barselona”
Millisi: Argentina
Keçirdiyi oyun sayı: 54
Vurduğu qol sayı: 51

2019 - Robert Levandovski
Klubu: “Bavariya”
Millisi: Polşa
Keçirdiyi oyun sayı: 58
Vurduğu qol sayı: 54

2020 - Robert Levandovski
Klubu: “Bavariya”
Millisi: Polşa
Keçirdiyi oyun sayı: 44
Vurduğu qol sayı: 47

2021 - Robert Levandovski
Klubu: “Bavariya”
Millisi: Polşa
Keçirdiyi oyun sayı: 59
Vurduğu qol sayı: 69