“Atalanta” hücumçusu Duvan Sapatanın xidmətindən məhrum olub.
Apasport.az saytının məlumatına görə, kolumbiyalı forvard uzun müddətə sıradan çıxıb.
O, İtaliya A seriyasının XXIV turunun “Kalyari” ilə matçında (1:2) zədələnib. Dekabrın 21-dən sonra ilk dəfə meydana çıxan Sapata 58-ci dəqiqədə oyuna daxil olsa da, cəmi 14 dəqiqə sonra yenidən xəsarət alıb.
Cənubi amerikalının 3-4 ay yaşıl meydandan kənar qalacağı gözlənilir. Bu, onun mövsümdə meydana çıxmaq ehtimalını minimuma endirib.
Qeyd edək ki, Sapata cari mövsümdə “Atalanta”nın A seriyasındakı ən yaxşı bombardiridir. O, 9 qol və 4 assistə imza atıb. Onun yoxluğunda Berqamo təmsilçisində yalnız bir nominal mərkəz hücumçusu – Luis Muriel qalıb.
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb