Bonuççi məşqçi olacaq
28.04.2022 - 15:06
Bonuççi məşqçi olacaq

İtaliya yığmasının və “Yuventus”un müdafiəçisi Leonardo Bonuççi gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı oyunçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamaq niyyətindədir.

Bunu ulduz futbolçunun həyat yoldaşı Martina Maççari deyib: “Onun futbolda qalacağına şübhəm yoxdur. Bu Leonardonun həyatıdır. O, futbol sahəsini sevir və məşqçi olmaq istəyir”.

Qeyd edək ki, Bonuççi “Yuventus”la yanaşı, “İnter” və “Milan” kimi böyük klublarda da çıxış edib.