Buffon gələcək karyerası barədə qərar verdi
11.02.2022 - 00:38
Buffon gələcək karyerası barədə qərar verdi

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffonun karyerası ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Parma”nın qolkiperi MLS-də oynamaq niyyətindədir.

44 yaşlı əlcək sahibi Şimali Amerikadan heç bir təklif almasa da, belə variantların üzə çıxacağını gözləyir. Buffonun özü də MLS-də oynamaq istəyini təsdiqləyib.

Qeyd edək ki, Buffon ötən ilin yayından B seriyası təmsilçisinin formasını geyinir.