Buffon koronavirusa yoluxdu
04.01.2022 - 16:21
“Parma”nın qapıçısı Canluici Buffon koronavirusa yoluxub.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya klubu məlumat yayıb.
Bildirilib ki, Milad tətilindən sonra məşqlərə qayıtmazdan əvvəl bütün komanda testdən keçirilib. Yalnız Buffonun testi pozitiv nəticələnib. Bu ay 44 yaşı tamam olacaq İtaliya millisinin sabiq üzvü evində özünü təcrid edib.
Qeyd edək ki, Buffon bu mövsüm “Parma”nın heyətində B seriyasında 18 oyun keçirib, onun 6-da qapısını toxunulmaz saxlayıb, 3 dəfə isə penalti dəf edib.
0
0