Ən çox qol epizodları yaranan liqaların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Avropanın 36 liqası ilə bağlı hesabata Bundesliqa başçılıq edir.
Almaniya çempionatında hər matçda 11,9 qol imkanı yaranır. İsveçrə Super Liqasında bu rəqəm 11,8-ə bərabərdir. İlk “üçlüy”ü Niderland Erediviziyası qapayır – 11,7.
Ən azı qol epizodu yüksək liqalar arasında Yunanıstanda olur. Super Liqada hər matçda 8,7 belə imkan yaranır. İspaniya Sequndasında da eyni göstəricidir. Kiprin 1-ci divizionunda isə bu rəqəm 8,8-ə bərabərdir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası 36 çempionat sırasında daxil deyil.