Bundesliqa klubundan 75 milyonluq tələb
04.05.2022 - 14:47
Bundesliqa klubundan 75 milyonluq tələb

“Bayer” yarımmüdafiəçisi Mussa Diabinin transfer qiymətini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Leverkuzen təmsilçisi aparıcı oyunçusunun keçidindən 75 milyon avro qazanmaq niyyətindədir.

Fransa millisinin üzvü “Arsenal”, “Mançester Yunayted”, “Roma” və “Nyukasl” kimi klubların maraq dairəsindədir. Diabinin “Bayer”lə müqaviləsi 2025-ci ilə qədərdir və sözləşmədə satın alma maddəsi yoxdur. Buna görə də Bundesliqa klubu qiymət müəyyənləşdirməkdə sərbəstdir.

Qeyd edək ki, 23 yaşlı hücumameylli oyunçu bu mövsüm Bundesliqada 30 oyuna çıxıb, 12 qol, 11 məhsuldar ötürmə ilə diqqət çəkib.