Byelsaya Meksikadan təklif
05.05.2022 - 00:48
Marselo Byelsa karyerasını Meksikada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, üç ay əvvəl “Lids”dən istefaya göndərilən argentinalı mütəxəssis “Qvadalaxara”nın hədəfindədir.
Şimali amerikalılar yeni baş məşqçi axtarışındadır. Klub rəhbərliyi artıq Byelsaya təklif göndərib. 66 yaşlı mütəxəssis fikirləşmək üçün vaxt istəyib.
Qeyd edək ki, “Qvadalaxara”nın baş məşqçisi vəzifəsini Rikardo Kardena icra edib.
0
0