ÇL tarixində üçüncü – Salah
17.02.2022 - 09:28
ÇL tarixində üçüncü – Salah

“Liverpul” Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda “İnter”ə 2 cavabsız qolla qalib gəlib.

Apasport.az saytının məlumatına görə, qollardan birinə imza atan Məhəmməd Salah mersisaydlıların heyətindəki 50-ci ÇL görüşündə 33-cü dəfə fərqlənib.

Misirli forvard eyni klubun heyətində ilk 50 matçında ən çox qol vuran 3-cü futbolçu kimi tarixə düşüb. Yalnız iki oyunçu daha məhsuldar olub.

Kriştiano Ronaldo “Real”la ilk 50 qarşılaşmasında 51 qola imza atıb. “Bavariya”da eyni sayda matçda 36 qol vuran Robert Levandovski ikincidir.