Çeferin: “Yeni Çempionlar Liqası Super Liqanın tabutuna son mismardır”
14.05.2022 - 10:10
Çeferin: “Yeni Çempionlar Liqası Super Liqanın tabutuna son mismardır”

“Superliqa deyilən ideya çılğınlıqdır. Onun başlaması futbolun tamamilə məhvi, Avropa idman modelinin sonu demək olardı”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Qitə futbol qurumunun rəhbəri 2024/25 mövsümündən yeni formatda keçiriləcək Çempionlar Liqasının Super Liqa ideyasına son qoyacağını düşünür: “Yeni Çempionlar Liqasının yaradılması Super Liqanın tabutuna son mismardır. Ancaq o, bundan çox əvvəl məhkum idi, indi biz bunu tamamilə, birdəfəlik bitirməli idik. Top-klublar öz səviyyəsindəki komandalara qarşı daha çox oyun keçirəcək. Eyni zamanda təvazökar komandalara qarşı da oynayacaqlar. Onlar da həmçinin öz kateqoriyalarında olan klublarla üz-üzə gələcək və pley-offa çıxmaq şansları daha çox olacaq”.

Qeyd edək ki, yeni formata əsasən, Çempionlar Liqasında 36 komanda çıxış edəcək və yarış İsveçrə sisteminə uyğun keçiriləcək.