Çempionlar Liqasında 1/8 final mərhələlərinin darmadağınları
20.02.2022 - 15:19
Çempionlar Liqasında 1/8 final mərhələlərinin darmadağınları

Çempionlar Liqasının 1/8 final mərhələlərində qeydə alınmış ən böyük fərqli hesablar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2003/04 mövsümündən bəri eyni formatda keçirilən turnirin qrupundan sonrakı mərhələdə ən böyükhesablı qələbəyə “Mançester Siti” və “Bavariya” imza atıb.

“Şəhərlilər” bir, Almaniya nəhəngi isə iki dəfə rəqibini 7:0 hesabı ilə üstələyib.

Həftəiçi “Sportinq”i səfərdə 5 cavabsız qolla üstələyən “Mançester Siti”nin bu darmadağını da siyahıya düşüb.

1-3. “Mançester Siti” – “Şalke” – 7:0 (12 mart 2019-cu il)
“Bavariya” – “Şaxtyor” – 7:0 (11 mart 2015)
“Bavariya” – “Bazel” – 7:0 (13 mart 2012)
4-5. “Barselona” – “Bayer” – 7:1 (7 mart 2012)
“Bavariya” – “Sportinq” – 7:1 (10 mart 2009)
6-13. “Lion” – “Verder” – 7:2 (8 mart 2005)
“Şalke” – “Real” – 1:6 (26 fevral 2014)
“Barselona” – PSJ – 6:1 (8 mart 2017)
“Sportinq” – “Mançester Siti” – 0:5 (15 fevral 2022)
“Porto” – “Liverpul” – 0:5 (14 fevral 2018)
“Sportinq” – “Bavariya” – 0:5 (25 fevral 2009)
“Bavariya” – “Beşiktaş” – 5:0 (20 fevral 2018)
“Arsenal” – “Porto” – 5:0 (9 mart 2010)