Cerrard ən yaxşı adına namizəd oldu
03.12.2021 - 17:23
Cerrard ən yaxşı adına namizəd oldu

İngiltərə Premyer Liqasında ayın məşqçisi adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, noyabrın ən yaxşısı adına 3 mütəxəssis iddia edir.

“Aston Villa”nın yeni baş məşqçisi Stiven Cerrard da bu siyahıda yer alıb. Onun rəqibləri dəfələrlə ən yaxşı seçilmiş Yurgen Kloppla (“Liverpul”) Pep Qvardioladır (“Mançester Siti”).

Qeyd edək ki, oktyabrda mükafata “Çelsi”nin baş məşqçisi Tomas Tuxel sahib çıxıb.