Covinko A seriyasına qayıtdı
07.02.2022 - 10:37
İtaliya millisinin sabiq futbolçusu Sebastyan Covinko yenidən A seriyasında çıxış edəcək.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu “Sampdoriya” ilə anlaşıb.
Vətənində “Yuventus”, “Empoli”, “Parma” kimi klubların formasını geyinən Covinko Genuya təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb. Onun bu gün rəsmi sözləşməyə qol çəkməsi gözlənilir.
Qeyd edək ki, ötən ilin yayında Səudiyyə Ərəbistanı təmslçisi “Əl-Hilal”dan ayrıldıqdan bəri klubsuz olan Sebastyan Covinko MLS təmsilçisi “Toronto”nun da maraq dairəsində idi.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0