Cərimələr ləğv olundu – AFFA tərəfindən
31.05.2021 - 19:06
Cərimələr ləğv olundu – AFFA tərəfindən

AFFA əvəzedici komandası Birinci Divizionda oynamayan, qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klublara güzəştə gedib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı assosiasiyanın İcraiyyə Komitəsi verib.

2020/21 mövsümü üçün nəzərdə tutulan müvafiq cərimə ləğv edilib. Buna koronavirus pandemiyası səbəb olub.

2021/22 mövsümündə əvəzedici komandasının Birinci Divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150 min manat cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası Birinci Divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50 min manat ödəniləcək.
 

0