Çusovitina 9-cu Olimpiadasına doğru
11.05.2022 - 00:34
Çusovitina 9-cu Olimpiadasına doğru

Oksana Çusovitina Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşır.

Apasport.az saytının məlumatına görə, bunu Özbəkistan yığmasının şərəfini qoruyan gimnastın özü açıqlayıb.

8 dəfə Olimpiadada iştirak edən Çusovitina bu rəqəmi 9-a çatdırmaq niyyətindədir. Həmin vaxt 49 yaşı olacaq gimnast Barselona-1992-də qızıl, Pekin-2008-də gümüş qazanıb.

Qeyd edək ki, Tokio-2020-dən sonra karyerasını başa vurduğunu açıqlayan Oksana Asiya Oyunları və Olimpiadada çıxış edəcək.