Daha bir hücumçu milliləşdirildi – FİFA-dan “yaşıl işıq”
11.02.2022 - 10:00
Daha bir hücumçu milliləşdirildi – FİFA-dan “yaşıl işıq”

FİFA daha bir futbolçuya idman vətəndaşlığını dəyişməyə icazə verib.

Apasport.az saytının məlumatına görə, “Lester”in hücumçusu Ademole Lukman Nigeriya millisində çıxış edəcək.

Müqavilə ilə “Leypsiq”ə məxsus olan və Premyer Liqada icarə əsasında çıxış edən 24 yaşlı forvardın valideynləri Nigeriyadandır. Lakin Lukmanın bu ölkənin futboluna heç bir bağlılığı yoxdur.

Londonda anadan olan hücumçu İngiltərənin U-19, U-20 və U-21 millilərində çıxış edib. Milliləşdirilən futbolçu 2017-ci ildə gənclər arasında dünya çempionu adını qazanıb.

Qeyd edək ki, Nigeriya millisi DÇ-2022-nin seçmə mərhələsinin 3-cü mərhələsində Qana ilə qarşılaşacaq. Martın 24-də və 29-dakı matçların yekununda qalib gələn yığma Qətərdəki DÇ-2022-yə vəsiqə qazanacaq.