De Byazinin “2”si
24.03.2022 - 22:01
De Byazinin “2”si

Malta ilə sabah keçiriləcək yoldaşlıq oyunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin rəhbərliyi altında 21-ci sınağı olacaq.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis indiyədək yığmanı 20 matça çıxarıb.

Bu görüşlərdə onun qələbə sayı “2”yə bərabərdir. 3-cü qələbə arzusunda olan de Byazinin yetirmələri 6 heç-heçə edib və 12 dəfə uduzub. 13 qol vuran komanda 30 top buraxıb.

7-ci yoxlama xarakterli qarşılaşmayadək 1 qələbə və 2 heç-heçə görən milli 3 dəfə uduzub. Top fərqi də rəqiblərin xeyrinədir – 6:8.
 

0