De Vrey “Mançester Siti”nin transfer siyahısında
28.04.2022 - 11:17
De Vrey “Mançester Siti”nin transfer siyahısında

“İnter”in futbolçusu Stefan de Vrey “Mançester Siti”nin transfer siyahısına düşüb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi növbəti mövsümdən Premyer Liqada çıxış edə bilər.

İngiltərə təmsilçisi Stefan üçün 40 milyon avro ödəməyə də razıdır. Milanlılar da bu keçidin əleyhinə deyil. Klub rəhbərliyi müqaviləsi 2023-cü ilin yayında başa çatacaq müdafiəçini pulsuz itirməmək üçün indidən satmağa razıdır.

Qeyd edək ki, de Vreylə İngiltərənin digər klubu “Tottenhem” də maraqlanır.