Dembele gələn həftə 5 illik müqavilə bağlayacaq
23.12.2021 - 17:54
“Barselona”nın yarımmüdafiəçisi Usman Dembelenin klubu ilə müqaviləsini yeniləyəcəyi dəqiqləşib.
Apasport.az saytının “Diario Sport”a istinadən məlumatına görə, gələn həftə futbolçu ilə 5 illik yeni saziş imzalanacaq.
Fransa millisinin üzvü maaşının azaldılmasına razılaşıb. Dembelenin klubda qalmaq istəyi yeni müqavilənin imzalanmasında əsas rol oynayıb. 24 yaşlı futbolçunun agentləri üçün prioritet variant başqa liqadan kluba transfer olsa da, Dembele razılıq verməyib.
Qeyd edək ki, Usman Dembele cari mövsüm La Liqada 5 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
0
0