Dembeledən tələb
30.12.2021 - 10:35
Dembeledən tələb

Usman Dembelenin “Barselona”dan yeni müqavilə üçün tələb etdiyi məbləğ bəlli olub.

Apasport.az saytının məlumatına görə, anlaşması 2022-ci ilin yayında başa çatacaq hücumçunun agenti və klub arasında danışıqlar bu şərtlər üzündən uğursuz alınıb.

Dembele İspaniya klubundan illik 40 milyon avro və müqavilə bonusu kimi 20 milyon istəyib. Bu tələblər klub rəhbərliyini qane etmir.

Qeyd edək ki, yayda azad agent statusu alacaq futbolçu İngiltərə klublarının maraq dairəsindədir.