Dibala “İnter”ə keçidə razılıq verdi
04.05.2022 - 12:47
Dibala “İnter”ə keçidə razılıq verdi

“Yuventus”un futbolçusu Paulo Dibala növbəti mövsümdə də İtaliya A seriyasında çıxış edəcək.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu “İnter”ə keçəcək.

Cənubi amerikalı Milan klubuna keçməyə razılıq verib. Onun nümayəndələri ilə danışıqlar aparan klub rəhbərliyi futbolçunu razı sala bilib. Tərəflər arasında müqavilə yayda imzalanacaq. Dibala 4 illik anlaşmaya imza atacaq.

Qeyd edək ki, “Yuventus” Pauloya 6-7 milyon avro maaş təklif etsə də, hücumçu yeni müqavilə imzalamağa razılaşmayıb.