Dibala son qoydu: “Gedirəm”
16.05.2022 - 10:38
Dibala son qoydu: “Gedirəm”

“Bu, “Yuventus” forması ilə son matçım olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Yuventus”un hücumçusu Paulo Dibala A seriyasının XXXVII turunda “Latsio” ilə bu gün keçiriləcək oyunöncəsi deyib.

Argentinalı ulduz futbolçu növbəti mövsümü “qoca sinyora”nın heyətində keçirməyəcəyini bildirib: “Fikirləşirdim ki, daha uzun illər birlikdə olacağıq. Amma tale bizi fərqli yollara aparır. Artıq gedirəm. Bu asan olmayacaq, amma meydana gülərüzlə çıxaracağam. Klub üçün hər şey etdiyimi bildiyim üçün başımı dik tuturam”.

Qeyd edək ki, Paulo Dibalanın “Yuventus”la müqavilə müddəti mövsümün sonuna qədərdir.