“Yuventus”un hücumçusu Paulo Dibalanın “İnter”lə danışıqlarının detalları müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, argentinalı ön xətt oyunçusu “neradzurra”ya azad agent kimi keçməyə hazırlaşır.
İlkin razılığa əsasən, Dibala milanlılarla 3 illik müqavilə bağlayacaq və illik maaşı 7 milyon avro təşkil edəcək. “Yuventus”un baş direktoru Cüzeppe Marotta da yaxın günlərdə oyunçunun özü ilə görüşəcək. Məhz həmin görüş zamanı Paulo son qərarını “qoca sinyora”ya çatdıracaq.
Bir müddət əvvəl isə “Nyukasl”ın Dibalanı klub tarixinin ən çox maaş alan futbolçusu etməyə hazır olduğu yazılmışdı. Həmçinin “Mançester Yunayted” və “Arsenal” da onun uğrunda mübarizə aparır.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2015-ci ildən “Yuventus”da çıxış edir. O, bu mövsüm A seriyasında 27 oyuna çıxıb, , 10 qol, 5 assistlə yadda qalıb.