Dibalaya yeni təklif
12.02.2022 - 14:54
Dibalaya yeni təklif

Duşan Vlahoviçin “Yuventus”a keçidi Paulo Dibalanın karyerasına ciddi təsir edə bilər.

Apasport.az saytının məlumatına görə, sabiq komanda yoldaşı Kriştiano Ronaldo ilə münasibətləri yaxşı olmadığından İtaliya klubundan getmək barədə düşünən argentinalı Duşanla həm meydanda, həm kənarda yaxşı anlaşır.

Bu da Dibalanın klubda qalmaq ehtimalını artırıb. Ayın sonunda klub rəhbərliyi hücumçu ilə yeni müqavilənin şərtlərini müzakirə edəcək. Dibalaya Vlahoviç aldığı qədər - ildə 7 milyon avro illik maaş təklif olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Paulo komandadan gedəcəyinə əminliyini açıqlamışdı.