Dünya kuboku səyahətə çıxdı
11.05.2022 - 14:58
Dünya kuboku səyahətə çıxdı

Futbol üzrə dünya çempionuna verilən kubokun turu başlayıb.

Apasport.az saytının məlumatına görə, bununla bağlı təşkil olunan tədbirdə ikiqat dünya çempionu Kafu və minlərlə azarkeş iştirak edib.

Qətərdə keçiriləcək DÇ-2022-nin qalibini təqdim olunacaq mükafat 54 müxtəlif ölkəni gəzəcək. Bu ölkələr arasında final mərhələsinin 32 iştirakçısının hamısı olacaq. Kubok 6 aylıq səyahətdən sonra Qətərə çatacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 22-dən dekabrın 18-dək davam edəcək.