Dünyanın ən intizamsızları
27.12.2021 - 09:17
Dünyanın ən intizamsızları

İlin ən intizamsız futbolçuları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) il ərzində ən çox qırmızı vərəqə alan oyunçuları müəyyənləşdirib.

Uruqvaylı Martin Qonzales il ərzində 5 dəfə meydandan qovulub. 27 yaşlı müdafiəçi öncə “Serro”da bir, ardınca “Rentistas”da dörd qırmızı vərəqə alıb.

İki oyunçu il ərzində 4 dəfə meydandan qovulub. Ekvadorlu Cerri Leon “Olmedo”da, polşalı Blaje Aqustin “Yagelloniya”da belə intizamsızlıq edib. O, ilk üç qırmızı vərəqəsini meydana çıxdığı ardıcıl üç matçda alıb.