Dünyanın ən yaxşı pleymeykerləri – Messi ilk “5-lik”dən kənarda
19.02.2022 - 10:08
Dünyanın ən yaxşı pleymeykerləri – Messi ilk “5-lik”dən kənarda

“FourFourTwo” portalı dünyanın ən yaxşı pleymeykerlərinin reytinqini tərtib edib.

Apasport.az saytının məlumatına görə, siyahıya “Bavariya”nın futbolçusu Tomas Müller başçılıq edir.

Maraqlıdır ki, ikinci pillədə “Liverpul”un cinah müdafiəçisi Trent Aleksander-Arnold qərarlaşır. İlk “üçlüy”ü “Mançester Yunayted”in orta sahə oyunçusu Bruno Fernandeş tamamlayır. Kevin De Bruyne (“Mançester Siti”) və “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel”in aparıcı oyunçusu Dimitri Paye 4-5-ci yerləri bölüşdürür.

PSJ-nin hücumçusu Lionel Messi yalnız 6-cı pillədə özünə yer tapa bilib.