Eddi İsrafilov “Neftçi”yə gəlir - klub prezidenti təsdiqlədi
28.12.2021 - 13:47
Eddi İsrafilov “Neftçi”yə gəlir - klub prezidenti təsdiqlədi

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun ölkəmizdə çıxış etməsi dəqiqləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, bunu “Luqo” klubunun prezidenti Tino Sakes də təsdiqləyib.

Prezident bir müddət La Liqa-2 komandasında baxışda olan Eddinin orada qalmamasının səbəbini açıqlayıb. Tino Sakes 29 yaşlı yarımmüdafiəçinin Azərbaycana yollanacağını söyləyib: “Eddi İsrafilov ölkəsindən çox yaxşı təklif alıb və o, bizimlə olmayacaq”.

Qeyd edək ki, Eddi İsrafilovun yanvardan etibarən karyerasını “Neftçi”də davam etdirməsi gözlənilir.