Eddi İsrafilov “Neftçi”yə keçidini dəyərləndirdi: “Həyəcanlı layihəyə qoşuldum”
06.01.2022 - 09:18
Eddi İsrafilov “Neftçi”yə keçidini dəyərləndirdi: “Həyəcanlı layihəyə qoşuldum”

“Neftçi”nin yeni transferi Eddi İsrafilov keçidi ilə bağlı paylaşım edib.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi instaqram səhifəsi vasitəsilə təəssüratlarını bölüşüb.

Milli komandamızın üzvü bir müddət baxışda olduğu “Luqo”ya da təşəkkür edib: “Öncə “Luqo”ya orada keçirdiyim aylara görə təşəkkür edirəm. Mənə hər cür şəraiti yaratdığınız və qərarımı başa düşdüyünüz üçün vidalaşmaq istədim. Sizə ürəkdən təşəkkür edirəm! İkincisi, böyük kluba və çox gözəl, həyəcanlı layihəyə qoşulmaqdan çox sevincliyəm”.

Qeyd edək ki, Eddi İsrafilov “Neftçi” ilə 2,5 illik müqavilə imzalayıb.