Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra yalnız bir futbolçu cəzalı duruma düşüb.
Apasport.az saytının məlumatına görə, bu, “Neftçi”nin futbolçusu Eddi İsrafilovdur.
Milliləşən legioner “Sabah”la qarşılaşmada (3:1) sarı vərəqə alıb. Bu, yarımmüdafiəçinin ikinci xəbərdarlığı olub. Eddi eyni rəqiblə ilk görüşdə də eyni cəza alıb.
İki sarı vərəqə alması onun yarımfinalın ilk oyununa yolunu bağlayıb. Diskvalifikasiyaya məruz qalan İsrafilov “Zirə” ilə aprelin 20-dəki oyunda iştirak etməyəcək.
Qeyd edək ki, qırmızı vərəqə alan “Sabah”ın futbolçuları Aleksey İsayevlə Səlahət Ağayev və baş məşqçi Murad Musayevi daha ağır cəza gözləyir. Bir neçə oyunluq kənarlaşdırılacaq bu “üçlüy”ün diskvalifikasiyası növbəti mövsümə və ya mövsümlərə tətbiq olunacaq.