Eddi İsrafilov müqaviləni rəsmiləşdirmək üçün Bakıya gəldi
05.01.2022 - 11:06
Eddi İsrafilov müqaviləni rəsmiləşdirmək üçün Bakıya gəldi

“Neftçi” Eddi İsrafilov transferini rəsmiləşdirməyə hazırlaşır.

Bu barədə apasport.az saytına Bakı klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

O bildirib ki, milli komandamızın üzvü hazırda paytaxtımızdadır. 30 yaşlı orta sahə oyunçusu tibbi müayinədən keçdikdən sonra klub bu gün, ən geci isə sabah onunla müqavilə imzalayacaq və ictimaiyyətə açıqlayacaq.

Qeyd edək ki, Eddi İsrafilovun son klubu “Albasete” olub. O, İspaniya təmsilçisindən ötən ilin yayında ayrılıb.