“Oyunun çətin keçəcəyini bilirdik. Həm süni meydanda oynayırdıq, həm də “Şamaxı” ev oyunlarında çox iddialı olur”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
42 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turunun “Şamaxı” ilə səfər oyununda (1:0) qazanılan qələbə və Konfrans Liqasına vəsiqəyə münasibət bildirib: “Komandamı təbrik edirəm. Futbolçular əlindən gələnin ən yaxşısını etdi və layiqli qələbə qazandıq. Avrokuboklara qatılacağımıza ilk gündən inanırdıq. Futbolçular da bu inamı mövsümün əvvəlindən öz oyunları ilə bizə verirdi. Əlbəttə enişlərimiz də olurdu. Klub olaraq daha yaxşısına inanırdıq. Komandanı təbrik edirəm. Bu kollektiv daha yaxşısına layiqdir. Bu komanda bizim xalları sayanların layiqli cavabını meydançada verdi. İnanıram ki, daha yaxşı, daha iddialı olacağıq”.