Emerinin axtardığı qapıçı
05.05.2022 - 23:39
“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa karyerasını vətənində davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiper “Vilyarreal”ın maraq dairəsinə düşüb.
La Liqa klubunun baş məşqçisi Unai Emeri yayda qapıçı alınmasını istəyib. O, Çempionlar Liqasının “Liverpul”la yarımfinalın cavab oyununda (2:3) uğursuz çıxış edən Xeronimo Rulyidən ciddi narazı qalıb.
Qeyd edək ki, Kepa cari mövsüm Premyer Liqada cəmi 4 oyun keçirib.
0
0